Mən əzilən bir sinifin hayqıran,Haq bağıran sədasından yarandım.
Ölümlərin pəncəsində hıçqıranMəzlumların nəvasından yarandım.
İnsan oğlu, uzaqlaşma, gəl yaxın;Başqa yoldan alınmasın sorağın.
Bir günəşin, bir məsləkin, bir aşqınƏn həqiqi mənasından yarandım.
Yeni eşqi, yeni zövqü yaratan,Yeni dünya qurmaq üçün can atan,
Yeni sazın tellərini çınlatanBeynəlmiləl havasından yarandım.