Söz Bulaq loqosu

Mikayıl Müşfiq

Söylə

Şeir
Günlərim axışır bir uyğu kimi -Dərədən-dərəyə axan su kimi,
Dilbərim hərcayi bir ahu kimiHicran dağlarını aşarmı, söylə?
Sənsiz nə zövqü var bağın-baharın?Açan çiçəklərin, uçan quşların?
Sənsiz cənnət olsa kainat yarın,Heç mənim ruhumu oxşarmı söylə?
Səninlə bağlayıb mən əhdi-peyman,Dedim qismətimiz olmasın hicran.
Müşfiq quş olsa da, görəsən bir anSəndən uzaqlara uçarmı, söylə?