Zərif ayaqların nə qədər incə,Gözəl əndamını onlar xəfifcə
Necə aparmada bilməm, şirin qız?Şikayətim vardır gül əllərindən,
Onlar ürəyimi tutub dərindənNecə qoparmada bilməm, şirin qız?
Sənin mərhəmətli, dolğun gözlərinMənim hisslərimi məndən də dərin
Necə anlamada bilməm, şirin qız?Ölmüş hisslərimi gözəl rəftarın,
Ruzgarlı, dalğalı sallanışlarınNecə canlatmada bilməm, şirin qız?
Üfüqdə günəşi necə saraltdı,Lalənin köksünü necə qaraltdı
Yanıl yanaqların bilməm, şirin qız?Mən bir çayır quşu, sən bir neylufər,
Mənim öpüşümü necə rədd edərGözəl dodaqların bilməm, şirin qız?