Gizli-gizli havanın raylarından aşaraq,Düşüncə vadisindən qaçıb uzaqlaşaraq,
Qohum-qardaş bilməyib hər kəsə yaxlaşaraqHər yerdən xəbər verir
Allo, allo səsləri.Əcəb cilvə göstərir
Allo, allo səsləri.Qıvrım qamçılar vurub dağlara, dənizlərə,
Bir xəbərlə yaxlaşıb uzaqlardan bizlərə,Yolçuları toplayır bir yığnağa, bir yerə
Hər gün söhbət eyləyənAllo, allo səsləri.
Hər şeyi tez bəlləyənAllo, allo səsləri.
Ellər ayrı, ellərdə yaşayanlar da ayrı,Xəbərsizkən çox işdən ölkələrin müxbiri,
Birləşib sayənizdə həp könül iqlimləri,Çiçəklənir, allanır
Allo, allo səsləri.Nəşələnir, hallanır
Allo, allo səsləri.Nə yellər uğultusu, nə vulkanlar nərəsi,
Nə xəyalı divlərin köpüklü yayqarası,Qışqırıb bağırsanız kəsilmədən arası
Qiyamət eylərsinizAllo, allo səsləri.
Siz başqa bir nərsinizAllo, allo səsləri.
Səsinizə tay olmaz sizin keçdi-keçdidə,Hər yerdə aş orda baş, olmuşsunuz get-gedə,
Bir torpağın, bir evin bütün sərgüzəşti dəİçinizdə saqlıdır
Allo, allo səsləri.Doğrudan maraqlıdır
Allo, allo səsləri.