Söz Bulaq loqosu

Mikayıl Müşfiq

Qurban olduğum

Şeirlər
Bilməm, məni neçin atmış, unutmuş,Cövrü-cəfasına qurban olduğum.
Yoxsa özgəsinə üzünü tutmuş,Yeni sevdasına qurban olduğum?
Mən Dilbəri sordum gəlib-gedəndən;Dedilər, barışmaz, küsmüşdür səndən.
Mən iltifat etdim, o qaçdı məndən,Qaçqın ədasına qurban olduğum.
O mənim sevgilim, o mənim anam.Onsuz üzüm gülməz, açılmaz aynam.
Bilməm, harda qaldı o nazlı durnam,O xoş sədasına qurban olduğum.
Ayrılıq oduna könül dayanmaz.Eşq oduna yanan bir daha yanmaz.
Çəkdiyim nalədən neçin oyanmaz,Şirin röyasına qurban olduğum?