Könül oğurlayan bir adı vardır,Mələk deyil, amma qanadı vardır.
Siyah qaşlarının kölgəliyindəDaima çırpınır iki göyərçin.
Qonaraq könlümün budaqlarına,Hər gün şeir oxuyurlar onlar mənimçin.
İndi öz-özümə inanmışam mən,Nə qədər bəxtiyar insanmışam mən,
Saçları andırır zərrin suları,Tökülüb axdıqca umuzlarına.
Oxşayır bədəni, bəyaz əndamıKölgədə bəslənmiş quzey qarına.
Amandır əsməsin tufan yelləriSolar eşqimizin qönçə gülləri.