Söz Bulaq loqosu

Mikayıl Müşfiq

Məktəbli sərgisi

Şeirlər
Bizik maarifin güləş ordusu!Aydınlıq ordusu, günəş ordusu!
Bizim nə tanrımız, nə qulumuz var,Sosyalizmə çıxan bir yolumuz var,
Dərsimiz, işimiz, futbolumuz var,Bizik maarifin güləş ordusu!
Aydınlıq ordusu, günəş ordusu!Qələm silahımız, səngər sıramız,
Yarasa düşməni basmış qaramız,Dəmir, beton kimi sıxdır aramız,
Bizik maarifin güləş ordusu!Aydınlıq ordusu, günəş ordusu!
Birinci dərsimiz – İnternasyonal!İkinci dərsimiz – burjuya siqnal...
Üçüncü dərsimiz – ölür kapital...Bizik maarifin güləş ordusu!
Aydınlıq ordusu, günəş ordusu!Bizimdir kainat, bizimdir həyat,
Bizimdir yuksəliş, bizimdir qanat,Bizimdir mətanət, bizimdir səbat.
Bizik maarifin güləş ordusu!Aydınlıq ordusu, günəş ordusu!