Söz Bulaq loqosu

Mikayıl Müşfiq

İllər

Şeirlər
İllər külək yürüşlü,Qartal qanatlı illər.
Yaşayış yollarındaYəhərli atlı illər.
Hər biriniz nümunəDalğalı bir dənizdən,
Ömrümüzün yelkəniQayar üzərinizdən.
Bizi bu cədəlgahaAtar-atmaz anamız,
Başlar mühitinizdəCoşmaya fırtınanız.
Bəlkə biz olmasaydıq,Siz daim adlı-sanlı
Qoşardınız, nəşəyəÜrəyiniz nişanlı.
Çobansız sürü kimiBaşınız boş olurdu.
Gündüzünüz fərəhli,Gecəniz xoş olurdu.
İllər, bizi yoxluqdanVarlığa atan illər...