Söz Bulaq loqosu

Mikayıl Müşfiq

Gözəllik

Şeirlər
Gözəllik əzəldən bütün ellərinHəvəslə qoşduğu bir şanlı qayə;
Gözəllik ruhudur qızılgüllərinBülbüllər üstünə saldığı sayə.
Xoşdur gözəl görüb bütün elliyiÇalışmaq, yaşamaq, sevmək, sevilmək!
Xoşdur xilqətdəki hər gözəlliyiÜrəkdən duyaraq anlaya bilmək!
Ey bizim dünyanın ən birincisi,Mehriban gözəli, nadir incisi,
Mən sevmişəm səni hər kəsdən əvvəl!Fəqət yabançıdır coşqun ruhuma,
Elimə, ölkəmə, təbi-şuxumaMənasız gözəllik, mənasız gözəl!..