Söz Bulaq loqosu

Mikayıl Müşfiq

Əmək

Şeirlər
Dönüb keçmişlərə bir fikrə getdim,Öyrəndim insanın kim olduğunu.
Birdən gözlərimə göründü cəddim,Baxıb seyr elədim köhnə meymunu.
Heyvanlar içində o da bir heyvan,Sürülər içində o da bir sürü.
Yaylağı mağara, qışlağı orman,Zillət torpağında yazığın ömrü.
Əlində daş, dəmir... mətin dağlarıSürünə-sürünə hirslənib deşir,
Təbiət dəyişir, özü dəyişir.Əmək- insanlığın tükənməz varı...
Əmək sərf olunan yer cənnətimdir.Hüsnümdür, eşqimdir, səadətimdir!