Könlüm ova çıxarkən gənclik iqlimlərində,Əllərimdə sıxıldı bir qaç nazlı göyərçin.
Öylə bir şəfqət hissi oyatdılar ki, məndəO quşların halına sızladım için-için.
Oxşadıqca oxşadım, incitmədim onları,Yumşaq qanadlarında buraxmadım bir ləkə.
Sovrularkən ətrafa qışın qarı, ruzgarı,Bağrımın başı oldu onlara isti ölkə.
Bir gün göyərçinlərim qanadlanıb uçdular,Əvət, o quşlar bütün oxşadığım əllərdi
Ki, hamsı qəlbim kimi köksümdə titrəşərdi.Yalnız onların biri hənuz xatırımda var,
Öylə ki, əllərimlə sinəmdə oxşanarkənSaplamışdı ruhuma dırnaq ilə bir tikən.