Günəş ipək tellərinin sarımtraq rənginiSəhər çağı dalğa-dalğa hər tərəfə yayırkən
Gətirərəm xəyalıma bir al bayraq rəngini.Düşünərək derəm, bu da, əvət bir sabah erkən
Bir dünyanın göylərində günəş kimi hər səhərParlayaraq ölkələrə sərpəcəkdir şəfəqlər.
Kiçik quşlar cəh-cəh vurub qonurkən ağaclaraHər bir nəğmə qardaşlaşmaq səsləridir sanıram.
Şən gecələr ay işığı düşürkən yamaclaraŞuraların ellərdəki kölgəsini anıram.
Dilbər sular dalğasına dənizlərdə, göllərdəOxuyaram yeni həyat sevdasilə çırpınan,
Əskiliyə üsyan edən könülləri hər zaman.Yorğun-arğın karvanilə səhralarda, çöllərdə
Bəzi gecə yarı yolda qalanları dinlədim,-Hankı şeydir yolçulara nicat verən?- söylədim.
Birağızdan dedilər ki, dan yeri, dan ulduzu!Sordum, bundan gözəli yoxmu parlayanların?
Dalğalandı qarşımda o vaqıt bu diyarınAl bayrağa sığınmış könül açan ulduzu.