Söz Bulaq loqosu

Mikayıl Müşfiq

Düşdü

Şeirlər
Çiçəklər aşiqi bir bülbül kimi,Gözüm bir bağbanın gülünə düşdü.
Qəhrini çəkdiyim gülün surətiSakit xəyalımın gölünə düşdü.
Orda-burda keçdi gənclik həyatım,Hər yerdən kəsildi rəhi-nicatım,
Gör nə bədbaxtam ki, axırda adımHər körpə uşağın dilinə düşdü.
Onunçün çırpındı qolum-qanadım,Onu yerdə deyil, göydə aradım.
Gəncliyim, şərəfim, müqəddəratımBir ürkək ceyranın əlinə düşdü.