Söz Bulaq loqosu

Mikayıl Müşfiq

Dəvət

Şeirlər
Bu gecə nə qədər xoş gecədir,Bir qara qız kimi tellicədir.
Yer işıq, göy ilıq,Hər tərəf yaraşıq.
Sevgilim, dayanma, sahilə gəl,Seyr elə gəl.
Ulduzlar ətrafa nur səpələr,Bir bölük uşaqlır şən ləpələr.
Onların əlində top kimi ay,Sevgilim, başında ağ kəlağay
Sahilə gəl,Seyr elə gəl.
Bu fürsət əlinə düşməz bəlkə də,Hər tərəf kölgədə,
Kölgədə işıldar.Yarpaqlar xışıldar.
Gəl, ipək saçını oxşayım,Səninlə bir an da yaşayım
Zövqünü illərin,Dağınıq tellərin
Tökülsün üzümə,Qulaq as sözümə.
Bu gecə nə qədər xoş gecədir,Bir qara qız kimi tellicədir.
Yer işıq, göy işıq,Hər tərəf yaraşıq.
Nəşələr sığmayır aləmə,O yanda bir gülüş, bu yanda bir nəğmə,
Hər xəyal bir canlı qanatdır.Bunların cümləsi həyatdır!