Söz Bulaq loqosu

Mikayıl Müşfiq

Bəyaz çöllər

Şeirlər
'1931BƏYAZ ÇÖLLƏR'
Əgər su damənin tutdum, rəvan döndərdi üz məndənVə gər güzgudən umdum sidq, əksi-müddəa gördüm.
FüzuliXayır, məndən sular dönməz, təbiət pəncəm altında,
Baxıb ayinəyi-qəlbimdə əksi-aşina gördüm.M.Müşfiq
Çoxdandır bir şeir yazmamışam mən,Çoxdandır bir nəğmə tutdurmamışam,
Çoxdandır ayrılıb şeir aləmindən,Xəyal dənizinə baş vurmamışam.
Fikrim qasırğalı dəryalar kimiİstənilən qədər dalğalanmamış,
Könlüm uzaq gedən xülyalar kimiİncə buludlarla çulğalanmamış.
Ürəyim ilk bahar selləri kimiAtlana-atlana qaynamamışdır.
Ruhum Mil düzünün çölləri kimiBəyaz çiçəklərlə oynamamışdır.
Bir kəlmə bulmaqçın xeyli darılıb,Əzaba, zəhmətə qatlandığım yox.
Aldığım mövzuya candan sarılıb,Misradan-misraya atlandığım yox.
Nə kiçik bir dərə, nə bir mənzərə,Keçməmiş zehnimin lövhələrindən,
Şeirsiz, nəğməsiz gəzib bir ara,Heyhat, oynamamış könlüm yerindən.