Şair
Məqsud Şeyxzadə
Janrlar lirik şeir, poema, dram
Məqsud Şeyxzadə və ya Məqsud Şeyxiyev (7 noyabr 1908, Ağdaş, Yelizavetpol quberniyası – 19 fevral 1967, Daşkənd) — milliyyətcə azərbaycan türkü olan Özbəkistan şairi. Fuad Şıxıyevin qardaşıdır.Qazax rayonunun Yuxarı Salahlı kəndindəndir. Məqsud Şeyxzadə 1925-ci ildə Bakıda yerləşən Darülmüəllim məktəbini bitirmişdir.
Əvvəlcə Dərbənddə birinci dərəcəli Azərbaycan məktəbində, sonra Buynaksk Təhsil və Tərbiyə Texnikumunda müəllim kimi çalışmış, "Maarif Yolu" jurnalında fəaliyyət göstərmişdir. 1927-ci ildə əksinqilabi təşkilatın üzvü kimi həbs olunmuş və 1928-ci ilin fevralında Daşkəndə sürgün edilmişdir. Şeyxzadə Orta Asiya Universitetinin Şərq fakültəsində qısa müddət təhsil almış (1928), daha sonra "Şərq həqiqəti" (1929–32), "Qızıl Özbəkistan" və "Yas Leninçi" qəzetlərində (1932), "Gülüstan" jurnalının (1933–34) redaksiyalarında fəaliyyət göstərmişdir. 1933-cü ildə Bakıda Pedaqoji İnstitutun bütün kurslarını imtahan verərək bitirmiş və aspiranturaya daxil olmuşdur (1934). Eyni zamanda, Dil və Ədəbiyyat İnstitutunda elmi işçi kimi çalışmış (1935–38). 1938-ci ildən ömrünün sonuna qədər əvvəlcə axşam, daha sonra isə gündüz Pedaqoji İnstitutda özbək ədəbiyyatı tarixindən mühazirələr oxumuşdur.
Bu şairin şeirləri hələ əlavə edilməyib.