Söz Bulaq loqosu

Məhəmməd Füzuli

Ya mən əhatə elmükəl-əşya’ə külləha

Qəzəllər
Ya mən əhatə elmükəl-əşya’ə külləha,Nə ibtida sənə mütəsəvvir, nə intəha.
Kim versə can yolunda, bulur xaki-məqdəmin.Guya ki, xaki-rahinədir nəqdi-can bəha.
Sənsən qılan məzahiri-ümmidü bim, edibMusayı elm gənci, əsasini əjdəha.
Səndən bulubdur Əhmədi-mürsəl məqami-qürb,Təhsini-"Ya’vü "sin" ilə təşrifi-"Ta"vü "ha".
Yə’qubdə nişaneyi-şövqin qəmü ələm,Yusifdə nəş’əyi-nəzərin bəhcətü bəha.
Bulmazdı, qəhrin açmasa xani-siyasətin,"Həl min məzid" löqməsinə duzəx iştəha.
Ya rəb, bəlayi-qeydə Füzuli əsirdir,Ol bidili bu dami-küdurətdən et rəha.