Söz Bulaq loqosu

Məhəmməd Füzuli

Söz

Qəzəllər
Xəlqə ağzın sirrini hərdəm qılır izhar söz,Ol nə sirdir kim, olur hər ləhzə yoxdan var söz.
Artıran söz qədrini sidq ilə qədrin artırar,Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz.
Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl,Edə hər saət səni ol uyqudan bidar söz.
Bir nigari-ənbərinxətdir könüllər almağa,Göstərər hərdəm niqabi-qeybdən rüxsar söz.
Xazini-gəncineyi-əsrardır, hərdəm çəkərRişteyi-izharə min-min gövhəri-əsrar söz.
Olmayan qəvvasi-bəhri-mərifət arif degilKim, sədəf tərkibi-təndir, lölöi-şəhvar söz.
Gər çox istərsən, Füzuli, izzətin, az et sözüKim, çox olmaqdan qılıbdır çox əzizi xar söz.