Söz Bulaq loqosu

Məhəmməd Füzuli

Səbuh üçün mənə dürdi-meyi-şəbanə yetər

Qəzəllər
Səbuh üçün mənə dürdi-meyi-şəbanə yetər,Əsər ki var, xərab olmağa bəhanə yetər.
Cəfa oxun mənə yağıdırman ancaq, ey əflak,Demin ki, yeddi kəmandarə bir nişanə yetər.
Bəyanə yetməyə dərdü qəmim fəsanələri,Zəbanım atəşi-dildən çıxan zəbanə yetər.
Qopardı mərdümi-çeşmim könül binasın kim,Hübabi-əşk həva nəqdinə xəzanə yetər.
Ləbin xəyalı ilə parə-parə oldu cigər,Güvahi-hal mənə əşki-danə-danə yetər.
Hərifi-bəzmi-qəmim, xuni-dil şərabım olub,Təraneyi-tərəbim ahi-aşiqanə yetər.
Füzuli, istəməzəm məsnədi-Cəmü Cəmşid,Mənə nişiməni-dövlət şərabxanə yetər.