Nola gər qucsa miyanın kəməri-zər küstax,Gətirib çoxları ortayə zər, eylər küstax.
Xaki-sağər, Cəmü Cəmşiddir, ey piri-müğan,Xəbər et saqiyə kim, tutmaya sağər küstax!
Rəşk odilə yaxılır rişteyi-canım ki, neçünDəgər ol arizə geysuyi-müənbər küstax.
Rövzənindən qoma kim, gün düşə xəlvətgəhinə,Hərəmi-şahə nə layiq girə çakər küstax.
Saxla, ey əşk, ədəb, getmə səri-kuyinə çoxKi, düşər gözdənü üzdən sürülər hər küstax.
Həvəsim badeyi-gülgunə bu ümmid ilədirKim, olam məstü tutam daməni-dilbər küstax.
Bənzədirsən özünü itlərinə hər saət,Ey Füzuli, ola bilməz sənə bənzər küstax.