Söz Bulaq loqosu

Məhəmməd Füzuli

Heyrət, ey büt, surətin gördükdə lal eylər məni

Qəzəllər
Heyrət, ey büt, surətin gördükdə lal eylər məni,Surəti-halım görən, surət xəyal eylər məni.
Mehr salmazsan mənə, rəhm eyləməzsən bunca kim,Sayə tək sevdayi-zülfün payimal eylər məni.
Zəfi-tale, manei-tovfiq olur hər necə kim,İltifatın arizməndi-visal eylər məni.
Mən gəda, sən şahə yar olmaq yox, əmma neyləyim,Arizi sərgəşteyi-fikri-məhal eylər məni.
Tiri-qəmzən atma kim, bağrım dələr, qanım tökər.İqdi-zülfün açma kim, aşüftəhal eylər məni.
Dəhr vəqf etmiş məni növrəs cavanlar eşqinə,Hər yetən məhvəş əsiri-xəttü-xal eylər məni.
Ey Füzuli, qılmazam tərki-təriqi-eşq kim,Bu fəzilət daxili-əhli-kəmal eylər məni.