Söz Bulaq loqosu

Məhəmməd Füzuli

Əşrəqət min fələkil-behcəti şəmsün və biha

Qəzəllər
Əşrəqət min fələkil-behcəti şəmsün və biha,Mələəl-aləmə nurən və sürurən və bəha.
Çıxdı bir gün ki, ziyasında təmamiyyi-rüsul,Oldu məhv öylə ki, xurşid şüaində Süha.
Oldu bazari-cahan rövnəqi bir dürri-yetimKi, degil iki cahan hasili ol dürrə bəha.
Rütbeyi-hikməti-me’raci-kəmalinə görə,Hükəma firqeyi-dun, fəlsəfə cəm’i-süfəha.
Münhiyi-mə’rifəti hal dililə daim,Qılır əhli-həqə əsrari-həqiqət inha.
Necə təqrir edəyin vəsfini bir şahin kim,Ona vəssaf ola “Yasin”u müərrif – “Taha”.
Ey Füzuli, rəhi-şər’ini tut ol rahbərin,Bu təriqilə zəlalətdən özün eylə rəha!