Söz Bulaq loqosu

Məhəmməd Füzuli

Əksi-rüxsarın ilə oldu müzəyyən mirat

Qəzəllər
Əksi-rüxsarın ilə oldu müzəyyən mir’at,Bədəni-mürdəyə feyzi-nəzərin verdi həyat.
Bənzədərdim qədi-mövzuninə fil-cümlə əgər,Can içində əlif etsəydi qəbuli-hərəkat.
Xət bu məzmun ilədir tərfi-zənəxdanındaKi, bu zindanın əsirinə yox ümmidi-nəcat.
Kakilin qıldı müqərrər mənə sərgəştəliyi,Deməsin kimsə ki, var gərdişi-gərdunə səbat.
Qəmzə peykanin edər aşiqə çeşmin sədəqə,Öylə kim, mərdümi-mün’im verə möhtacə zəkat.
Afərin cövhəri-məqbulinə kim, aləmdəMümkün olmaz bu sifat ilə ki, sənsən bir zat.
Ey Füzuli, vərə’ü zöhd ilə mö’tad oldun,Bilmədin halını, bihudə keçirdin ovqat.