Söz Bulaq loqosu

Məhəmməd Füzuli

Çeşmi-surətbazimə müjgan səfi həngamədir

Qəzəllər
Çeşmi-surətbazimə müjgan səfi həngamədir,Qanə batmış hər müjəm bir şuxi-gülguncamədir.
Göstərər hər dəm əlamətlər qiyamətdən qədin,Qaim etmiş həşr bürhanın, əcəb əllamədir.
Ta xətin üzrə xəmi-əbrulərin sərgərmiyəm,Hər sözüm dərdi-dil imlasinə bir sərnamədir.
Üzdə nəqşi-xuni-dil razi-nihanım faş edər,Şərhi-qəm təhririnə hər kiprigim bir xamədir.
Dərdim oldur kim, müsəlman olmuş ol tərsabeçə,Küfrə olan zülmlər tə’ni bu gün islamədir.
Ey səba, rəhm et kim, ol bidərd qılmış tərki-cövr,Çareyi-dərdi-dilim mövquf bir e’lamədir.
Ey Füzuli, bulmadım rəngi-riyadən bir səfa,Nola gər meylim bu rəng ilə meyi-gülfamədir.