Cam içrə mey ki, dairə salmış hübab ona,Ayinədir ki, əks salır afitab ona.
Zahid sual edərsə ki, meydən nədir murad?Bizdə səfadır, onda küdurət, – cəvab ona.
Qan-yaş töküb yanında dönər atəşin kəbab,Mə’şuqə bənzər atəşü aşiq kəbab ona.
Eylər könüldə əşk xətin şövqünü füzun,Oddan çıxar buxar, saçıldıqca ab ona.
Çeşmin mərizi oldu könül, lə’ldən əm et,Rənci-xumarə düşdü, dəvadır şərab ona.
Təklifi-cənnət eyləmə kuyində könlümə,Çün cənnət əhlidir, nə verirsən əzab ona?
Məsduddur Füzuliyə meyxanələr yolu,Ya Rəb, hidayət eylə təriqi-səvab ona!