Mən kiməm ? - bir fəqiri-bisərü pa,Kəmtərin bəndəvü kəminə gəda.
Sayiri-kargahi-səbrü sükun,Saliki-şahrahi-fəqrü fəna.
Nə mizacimdə irtikabi-qürur,Nə fəalimdə ehtimali-riya.
Künci-üzlətdə fəqrü faqə ilə,Olmuşam eylə məhv kim, məsəla:
Mərkəzi-xaki etsə zirü zəbər,Bulamaz gərdimi nəsimi-səba.
Əzl qılmış məni əməllərdənAmili-karxaneyi-dünya.
Qılmazam karü bari-aləmə meyl,Çəkməzəm əzlü nəsb üçün qovğa.
Mənə vermiş cahan qamu fəqrin,Nola ursam cahanə istiğna.
Aləmi-üzlətin yeganəsiyəm,Qafdən-qafə yox mənə həmta.
Surətim fəqrü siyrətim münim,Heyrətim murü himmətim ənqa.
Rifəti-qədrim iltifat etməzGər Süleyman qılırsa ərz əta.
Faniyi-mütləqəm, qəbul etmənMinnəti-Xizr ilə zülali-bəqa.
Deməzəm vəhşiyəm, təbiət iləTalibi-zövqi-söhbətəm, əmma.
Bir diyar içrəyəm ki, xəlqindən,Eyləməz hiç kim mənə pərva.
Kimsə yox dərdim eyləyim izhar,Eyləyim ondan iltimasi-dəva.
Ləlvəş daş içindədir vətənim,Gül kimi, xarı qılmışam məva.
Dün bu hal ilə məhvi-heyrət ikən,Gəldi bir qasidü gətirdi mana -
Bir əcəb nameyi-fərəhtəsirMəhz hüsni-ibarətü imla.
Zahiri dilpəzirü feyzrəsan,Batini feyzbəxşü ruhəfza.
Nəqşi-xəttində əltəfi-surət,Tərzi-ləfzində əşrəfi-məna.
Cilvəgahi-nəzərdə hər ləfzi,Bir pəripeykərü mələksima.
İşvəvü şivəvü kirişmə ilə,Dil edər seydü əql edər yəğma.
Fəhm qıldıqda hüsni-məzmunun,Qıldım onda sürurlər peyda.
Bəndəyi lütf birlə yad etmişHazrəti-seyyidi-xücəstəliqa.
Ol fələkqədr kim, ona vermişHikməti-həq kəmali-sidqü səfa.
Zati-paki cəmii-aləmdənŞərəfi-rütbə ilə müstəsna.
Feyzi-elmi-ifadəyi-bəşəri,Ona ərvahi-qüdsdən ilqa.
Əslidir nuri-paki-müstəfəvi,Hökmüdür rövnəqi-səriri-qəza.
Elmidir baisi-rəfahəti-xəlq,Felidir mucibi-rizayi-xuda.
Az olur bir arada cəm olmaq,Hökmü elmü səyadətü təqva.
Mir seyyid Məhəmmədi qazi,Mənbəi-elmü helmü cudü səxa.
Ey qəzahökm kim, müyyəsərdir,Zatinə iqtidari-izzü əla.
Güli-gülzari-itrəti-nəbəviÇəmənarayi-milləti-Zəhra.
Nuri-çeşmi-təmamiyi-sadat,Müqtədayi-cəmin-əhli-zəka.
Mənə təqsir hökmün etmişsən,Demək olmaz bu hökmə hökmi-xəta.
Leyk bir bəndeyi-həqirəm mən,Əməlim əhli-xeyrə xeyr-dua.
Sahibi-üsrətəm, mənə nə düşərKim, olam həmnişini-əhli-qina?
Məhzi-cəhləm, mənə nə nisbətdirKi, qılam meyl söhbəti-füzəla?
Gərçi əflakə rəğbət eylər xak,Yetməz əlayə rütbeyi-ədna.
Lütf səndən mənə münasib ikən,Məndən olmaq mütaləbət nə rəva?
Ey Füzuli, bu növ, dəvadə,Məsləhətdir dutam təriqi-riza.
Hal müşküldür onda kim, bir ola,Sahibi-hökmü sahibi-dəva!
Var ümidim ki, ta müəssirlə,Sabitü sayir ola ərzü səma.
Ola hökmi-qəza ilə baqiQaziyi-qaziyi-xücəstə liqa.