Birdürür məsdəri-cəlalü cəmal,Bir bilür qəhrü lütfü əhli-kəmal.
Gərçi əhvali-müxtəlif çox olur,Birdir əsli-həqayiqi-əhval.
Bilməzəm bən kəndü rə’yimlə ziyanü sudimi,Bəndəyəm bən, padişahım yeg bilür behbudimi.
Xatiri-yar əgər aşiqə azar istər,Gərək azar çəkə aşiq əgər yar istər.
Küfrdür aşiqə əndişeyi-səhhət qılmaq,Yar əgər aşiqini dərd ilə bimar istər.
Zəban bülbüli-baği-zikrü sənadür,Dil ayineyi-hüsni-sidqü səfadür.
Bəni bidilü bizəban qoyma, ya RəbKi, bidilligü bizəbanlıq bəladür.
Demə kim şahi-Kərbəla ələmiQəmi-Əyyubi-dilfigarcədür.
Sanma kim, zəxmi-nişi-kirmi-zə’ifZərbi-şəmşiri-abdarcədür.