Ya Rəb, həmişə lütfünü et rəhnüma mana,Göstərmə ol təriqi ki, getməz sana, mana.
Qət’ eylə aşinalığm ondan ki, qeyridir,Ancaq öz aşinalərin et aşina mana.
Bir yolda sabit et qədəmi-e’tibarimiKim, rəhbəri-şəriət ola müqtəda mana.
Yox məndə bir əməl sənə şayistə, ah əgərƏ’malimə görə verə ədlin cəza mana.
Xövfi-xətadə müztəribəm, var ümid kim,Lütfün verə bəşarəti-əfvü əta mana.
Mən bilməzəm mənə gərəgin, sən həkimsən,Mən’ eylə, vermə, hər nə gərəkməz sana, mana.
Oldur mənə murad ki, oldur sənə murad,Haşa ki, səndən özgə ola müddəa mana.
Həbsi-həvadə qoyma Füzulisifət əsir,Ya Rəb, hidayət eylə təriqi-fəna mana!