Var ümidim ki, görüb cövlanını olsam həlak,Gərdi-nə’li-badpayin örtə cismim üzrə xak.
Öldügüm mənzildə dəfnim qılmağa sanmın ləhəd,Yer görüb qürbətdə əhvalım, giriban etdi çak.
Məst can verdim, məzarım üzrə tə’zim eyləyib,Qübbə yapıb daneyi-əngur, eyvan tutdu tak.
Çün cəfa mö’tadiyəm, bilmən nədir mehrü vəfa,Bilməsə mehrü vəfa rəsmin cəfakarım, nə bak.
Hər küdurətdən məni pak etdi seyli-xuni-dil,Şükr-lillah, atəşi-eşqin məni yandırdı pak.
Ah, bilmən neyləyim, canımda rahət qalmadı,Gözlərim nəmnak, sinəm çak, könlüm dərdnak.
Qeyr nəqşin məhv qılmışdır Füzuli sinədən,Ma ləhu fid-dəhri-mətlubün və məqsudun sivak.