Söz Bulaq loqosu

Məhəmməd Füzuli

Tənimdə zəxmi-tiğin çeşmi-xunəfşanə bənzətdim

Şeir
Tənimdə zəxmi-tiğin çeşmi-xunəfşanə bənzətdim,Oxun kim, səf-səf ətrafındadır, müjganə bənzətdim.
Bəqayi-ruhimi bildim zülali-lə’li-nabindən,Həyatımdır dedim, bağrıma basdım, qanə bənzətdim.
Sökülmüş köksümü kim, doludur qəmzən xəyalilə,Həramilər yatağ mənzili-viranə bənzətdim.
Tənimdən incinib çıxmış rəvan can kimi peykanın,Neçük incinməsin, yetdikdə zövqün, canə bənzətdim.
Gözümdə bəslənib, qiymət bulan peykanını gördüm,Sədəfdə gövhər olan qətreyi-baranə bənzətdim.
Füzuli, öldürər hər dəm məni əhli-nəzər tə’niKi, neyçün yar lə’lin çeşmeyi-heyvanə bənzətdim.