Səgridir cilvəyə ol sərv səməndin yenəməz,Kim onu görsə fəğan etməyə kəndin yenəməz.
Gərçi şümşad lətafətdə çəkibdir gögə baş,Naz bəhsində onun sərvi-büləndin yenəməz.
Eylə divanəligə düşdü könül kim, dildarSalsa gər boynuna həm zülfi-kəməndin yenəməz.
Qaça bilməz dili-divanə saçın qeydindən,Netsin, ol vəhşi ayağındakı bəndin yenəməz.
Edəməz mən’ Füzulini qədəhdən zahid,Hiç kim kuyi-xərabat ləvəndin yenəməz.