Söz Bulaq loqosu

Məhəmməd Füzuli

Gəl, ey rahət sanan əsbab cəmin, qılma nadanlıq

Şeir
Gəl, ey rahət sanan əsbab cəm’in, qılma nadanlıq,Təriqi-fəqr tut kim, fəqr imiş aləmdə sultanlıq.
Murad ər səltənətdən kami-dildir, nəfsə tabe’ sən,Nə hasil səltənət adilə qılmaq bəndəfərmanlıq.
Pərişanlıqdan, ey xəlqi-cahan, siz cəm edin xatirKi, mən cəm eylədim hər qanda vardır bir pərişanlıq.
Nə tale’dir bu kim, aləmdə ağaz etmədim bir işKim, ol işdən sərəncam etmədim, hasil peşimanlıq.
Mənə zülmi-sərih ol kafər eylər, kimsə mən’ etməz,Füzuli, küfr olurmu gər desəm yoxdur müsəlmanlıq?