Cəhan içrə hər fitnə kim, olsa hadis,Ona sərvi-qəddindir, əlbəttə, bais.
Mədarisdə təhqiqi-muyi-miyanın,Dəqayiqdən ortayə salmış məbahis.
Müvəhhidlərə qılma inkar, zahid,Meyi-vəhdəti sanma ümmül-xəbais.
Iki didəsiz aləmə Yusifü sən,Sizə yox cəhan içrə imkani-salis.
Mənə cəm olur qanda kim, var bir qəm,Mənəm mülki-qəm içrə Məcnunə varis.
Töküb əşk kuyində, vəslin dilər dil,Saçar nəf’ üçün danə toprağə haris.
Üzarü ləbin vəsfin eylər Füzuli,Ona həm müfəssir derəm, həm mühəddis.