Söz Bulaq loqosu

Şair

Mədinə Gülgün

1926 (Bakı) – 1991 (Bakı) · Güney Azərbaycan

Janrlar lirik şeir

Mədinə Gülgün

Mədinə Gülgün və ya Mədinə Ələkbərzadə (17 yanvar 1926, Bakı – 17 fevral 1991, Bakı) — Azərbaycan şairəsi, SSRİ Yazıçılar İttifaqının üzvü, Azərbaycan SSR əməkdar incəsənət xadimi. "Ziddi-faşist" təşkilatının və Azərbaycan Demokrat Firqəsinin üzvü olub. İlk şeirləri "Xavəre-nou", "Vətən Yolunda" və "Azərbaycan" qəzetlərində yayımlanıb. Azərbaycan Milli Hökuməti dövründə "Azərbaycan" qəzetinin redaksiyasında xüsusi müxbir vəzifəsində və Təbriz Dram Teatrında aktrisa kimi fəaliyyət göstərib. Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra Azərbaycan SSR-yə mühacirət edib.

Müxtəlif illərdə Bakıda, Təbrizdə və Moskvada onlarla şeir kitabı işıq üzü görüb. "Sən gəlməz oldun", "Məhəbbət olmayanda", "Apar məni" kimi lirik şeirlərinə mahnılar bəstələnib. Göstərdiyi fəaliyyətə görə "21 Azər" medalı, "Əmək veteranı" medalı "Şərəf nişanı" ordeni və "Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı ilə təltif olunub. Mədinə Nurulla qızı Ələkbərzadə 1926-cı il yanvarın 17-də Bakıda anadan olub. 1938-ci ildə ailəsi ilə birlikdə SSRİ vətəndaşı olmadıqları üçün deportasiya olunublar və Ərdəbil şəhərinə köçüblər.

Bu şairin şeirləri hələ əlavə edilməyib.