Üzün nuri-təcəlli məzhəridir,Sözün dadlısı abi-kövsəridir.
Rüxün şəm’i şüasından nünəvvər,Fələkdə mahü mehrü Müştəridir.
Gözün sehrindən ol Harutü Marut,Asılmış Çahi-Babildə, yeridir.
Fələklər üz sürərlər ayağına,Mələklər xidmətində çakəridir.
Əzazil qaçdı vəslin qürbətindən,Anınçün tövqi-lə’nət zivəridir.
Sədəfdir cümlə məxluqun vücudu,Vücudun ol sədəflər gövhəridir.
Dəmi-Isa ölü dirildər, ammaDəmindən Xızr ilə Isa diridir.
Camalın mö’mini mö’minə mir’atKi, daim mö’minin ol mənzəridir.
Nəsimi gövhəridir bəhri-eşqin,Bu bəhrə dalmayan divü pəridir.