Üzün güldür, ləbin lə’li-şəkərbar,Gözün cadu, saçındır mişki-tatar.
Mən aşiq olmuşam şol xəttü xala,Əgər qanım tökərsən, əllərin var!
Mənəm yardan cüda, ol yar məndən,Ilahi, olmasın hiç kimsə biyar!
Ayağın torpağından tutiyatək,Həzaran müştəri vardır xəridar.
Nəsimi halını sorgil, nigara,Kəməndi-eşqinə olmuş giriftar.