Sənmisən, ey mahsurət, cənnətin eynində hur,Gözlərin eyni-bəladır, vəchinin alnında nur?
Ayəti-ərşi-səmadandır lətafət sözlərin,Dər məani cəm’ qıldı dürri-məknun zühur.
Çeşmeyi-Zəmzəm ləbin, sirri-ələstdir gözlərin,Kim ola ol kim, qıla mehr ilə vəslinə səbur.
Şübhədən arındı ol kim, qıldı iqrari-səlat,Ta əbəd məst oldu, içdi cür’eyi-mai təhur.
Kim ki, məhbubun liqasın gördü ol eynəl-yəqin,Vəchini sürdü turaba, rəbbinə qıldı şəkur.
Kəmtərin oldu Nəsimi fəzli-həqqin çakəri,Çünki vəslə vasil oldu, eşq ilə buldu hüzur.