Söz Bulaq loqosu

İmadəddin Nəsimi

Şəha, könlümdə daim bir həvəs var

Qəzəllər
Şəha, könlümdə daim bir həvəs var,Soram şəkər dodağından məgəsvar.
Sənin gülgün yanağın həsrətindən,Axar çeşmim yaşı həm çün Ərəsvar.
Gəl ey ömri-əzizimdən əzizimKi, sənsiz keçədür ömrüm əbəsvar.
Qənim olsun mana Fürqanü İncil,Əgər könlümdə səndən özgə kəs var.
Qulağıma gəlir hər gecə ta sübhRəqiblərin ünü həm çün cərəsvar.
Sənin tərkini qılmaz bu Nəsimi,Necə ki, bu qəfəsdə bir nəfəs var.