Söz Bulaq loqosu

İmadəddin Nəsimi

Şəha, çün surətin Fürqanımızdır

Qəzəllər
Şəha, çün surətin Fürqanımızdır,Ol on dörd xət bizim Qur’anımızdır.
Qaşınla kirpigin, zülfün səvadı,Dəlilü höccətü bürhanımızdır.
Sifatinda müənbər küfri-zülfün,Bəyazi-vəch ilə imanımızdır.
Rüxün lövhündəki on altı xəttinƏləl-ərş üstüva rəhmanımızdır.
Necə tərkini qılsın can sənin kim,Əzəldən çün ki, canın canımızdır.
Gəl, ey dərviş olan dövri-qəmərdəSürək dövran ki, xoş dövranımızdır.
Bu gün çün eydi-əkbərdir camalın,Nəsiminin canı qurbanımızdır