Söz Bulaq loqosu

İmadəddin Nəsimi

Nə süni-paki-yəzdansan, a dilbər

Qəzəllər
Nə sün’i-paki-yəzdansan, a dilbər?Müsəvvərsən, müənbərsən, münəvvər!
Saçındır zülməti-yəlda, şəbi-qədr,Üzün novruzü eydü mahi-ənvər.
Təcəllidən ki, ta açdın niqabı,Həbibin təl’ətidir mahi-xavər.
Bu, xalü rüxmüdür, ya mürği-sevdaKi, qonmuşdur miyani-vərdi-əhmər.
Vüsalın dilərəm şirin ləbindən,Cavabım ver ki, qənd olsun mükərrər.
Çü cənnət tubisidir qamətin kim,Ki, qoymuş surəti-rəhmani bərsər.
Şu cövhərdir bu gün heyrani-hüsnünKi, seyrangahıdır çərxi-müdəvvər.
Degil, aydır bu söz həddin, Nəsimi,Kəlamüllahı gör, bu vəsfi söylər.