Söz Bulaq loqosu

İmadəddin Nəsimi

Mətləi-hüsnün, ey sənəm, məzhəri-layəzalidir

Qəzəllər
Mətləi-hüsnün, ey sənəm, məzhəri-layəzalidir,Cümleyi-kainat onun pərtövünün zülalıdır.
Baxdı cahana bir nəzər şahidi-laşərikə-ləh,Çöhrəyi qıldı vasitə, mütləq onun vüsalıdır.
Surətə düzdü mə’niyi-leysə kəmislihi, dedi:Surəti mə’ni eyləyən qüdrəti-pürkamalıdır.
Cilvə qılıb camalını, xublara höccət eylədi,Sün’ünə qıl müşahidə, gör nə əyan camalıdır.
Baxsa olur müayinə yüzünə bihicab, anınÇöhrəsinin təfərrücü ne’məti-layəzalidir.
Axirətin mətainə müştəri olma, istəməHər nə ki, anda var isə, cümlə bunun misalıdır.
Şükr ilaha eylərəm dəmbədəm, ey Nəsimi, kim,Gör bu camalı la tühəb, rəhməti-zülcəlalidir.