Söz Bulaq loqosu

İmadəddin Nəsimi

Güli-tərdən gülicək, arizinə ma tökülür

Qəzəllər
Güli-tərdən gülicək, arizinə ma’ tökülür,Bağa gir, gör ki, necə laleyi-həmra tökülür.
Ənbərin sünbülünə badi-səba kim, iricək,Qoymağıl titrəməgə, ənbəri-sara tökülür.
Qara saçın ucunu salma ayağına, götür,Heyf olur nafeyi-tatara ki, hər ca tökülür.
Ləblərindən varalı Misrə xəbər, əttarın,Qutusundan dünü gün qənd ilə halva tökülür.
Aləmin başına tabəndə üzün şəm’indən,Xaliqin rəhmətidir, nuri-təcəlla tökülür.
Necə nömid olayım, çün gözümün əbrindən,Qətrə-qətrə üzümə hər yana dərya tökülür.
Sədəfin gərçi dəhanı doludur inci ilə,Açıcaq ləblərini, lö’löi-lala tökülür.
Hüsnünün vəsfini ta yazmağa əzm eyləmişəm,Qələmin dili ucundan qamu sevda tökülür.
Ta cüda düşdü Nəsimi ləbi-lə’lindən anın,Gözlərindən dünü gün lə’li-müsəffa tökülür.