Gördüm camalın şəm’ini rövşən, məhi-taban budur,Hüsnün təaləllah dedim, həqdən gələn bürhan budur.
Xızrın həyatı gör necə zülmətdə zahir oldu kim,Kövsər ləbindir aşiqə, can ilə həm canan budur.
Səcdə edər şəmsü qəmər, Zöhrəvü Mahü Müştəri,Hüsni-camalın görməgə, hurü mələk, insan budur.
Aşiqlərin rizvanı çün hüsni-rüxündür, ey sənəm,Ol aşiqi görmə əcəb kim, rövzeyi-rizvan budur.
Zərq əhlidir, yarəb, şəqi kim, tutmamış həq sözünü,Qılmadı səcdə adəmə, gör kim, bu gün şeytan budur.
Səb’ülməsanidir üzün, inna fətəhnadır xətin,Əlhəmdülillah, dür dişin, gör mə’dəni-hər kan budur.
Gülbərgi əkdim zülfünə, dağıldı üzün üstünə,Gül bərgidir bu yasəmən, xalın güli-reyhan, budur.
Qıldı Nəsimi qibləsin şol qaşları mehrabına,Qövli-Nəsimidir yəqin, ol həq deyən fərman budur.