Söz Bulaq loqosu

İmadəddin Nəsimi

Ey üzün nuri-təcəlli, məniyi-iman budur

Qəzəllər
Ey üzün nuri-təcəlli, mə’niyi-iman budur,Hər kim iqrar eyləməz, insan degil, heyvan budur.
Sün’ü biçun eylədi zahir üzün, yüz afərin,Yoxdur anda sirri-peyda, nükteyi-pünhan budur.
Görmüşəm ziba üzünü, surəti-rəhmandurur,Sormuşam lə’li-ləbini, dərdimə dərman budur.
Leylətül-me’rac zülfün, qabə qövseyndir qaşın,Hər kişi kim, oldu layiq, eydinə qurban budur.
Surətin lövhündə yazmış nəqşbəndi-kafü nun,Ayəti-Allahu nurən, höccətü bürhan budur.
Surətin vəchində buldu, bildi arif sirrini,Bilmədi qafil bu sirri, cahilü nadan budur.
Söylədi zahir Nəsimi şe’rini, verdim cavab:Ruhi-qüdsü qıldı təhsin, dedi kim, Salman budur.