Söz Bulaq loqosu

İmadəddin Nəsimi

Dil sənin şirin kəlamıntək kəlim olmuşdurur

Qəzəllər
Dil sənin şirin kəlamıntək kəlim olmuşdurur,Can sana bir bəndeyi, əlbət qədim olmuşdurur.
Müshəfi-hüsnündə şol hərfü xətü xalın sənin,Sətri-bismillahir-rəhmanir-rəhim olmuşdurur.
Istivadan zülfünüz cənnətdə ey huriliqa,Əhli-imana siratül-müstəqim olmuşdurur.
Nəmdürür eynim bu sevdadan həmişə kim, nədən;Qaşların nunü dəhanın hərfi-mim olmuşdurur.
Naşüküftə zanbağam, əngüşti-xatəmdir məgərKim, fələkdə mahi-bədr andan dü nim olmuşdurur.
Seyyid andan bəlli kim, şaha, qapına yastanır,Fariğ əz rizvanü bağ, eyşi-nəim olmuşdurur.