Söz Bulaq loqosu

İmadəddin Nəsimi

Canımın, cana, vüsalın can içində canıdır

Qəzəllər
Canımın, cana, vüsalın can içində canıdır,Cana canü cana canü canü həm cananıdır.
Yarəb, ey sərvi-rəvan, hüsnün nə gülşəndir kim, olBülbüli-ruhül-əminin bağı həm bostanıdır.
Qamətin, yarəb, nə tubadır, nə cənnətdir üzünKim, yəqin əhli-behiştin rövzeyi-rizvanıdır.
Bəxtili Xızr imiş, ol dövlətligün, fərxəndəfalKim, dodağın səlsəbili çeşmeyi-heyvanıdır.
Gözlərin dövründə düşdü qülqülə aləmdə çün,Sürsün ol dövranı kim, dövran anın dövranıdır.
Bəhri-eşqində Nəsimi gör necə qəvvasdır,Gövhəri-yekdanə buldu, bəhri-bipayanıdır.