Söz Bulaq loqosu

İmadəddin Nəsimi

Camalındır həqqin zatü sifatı

Qəzəllər
Camalındır həqqin zatü sifatı,Müənbərdir boyun qədrü bəratı.
Könül bir nöqtədir, eşqi yəmindəBitirdi bəhri-eşqin kainatı.
Sənin şirin sözün ta Misrə düşdü,Əritdi şəkkərü qəndü nabatı.
Xuraman qamətindən sidrə, ey dust,Əyildi çənbər oldu şeş cahatı.
Kimin dərmani-dərdi sən deyilsən,Həbadır, hərzədir zöhdü səlatı.
Nəsimi ta ki, oldu həqqə vasil,Xızrnın çeşməsi bolmuş həyatı.