Boyundur sidrəvü tuba, dodağın abi-heyvandır,Anın mahiyyəti-zövqün nə bilsin ol ki, heyvandır.
Üzün inna-fətəhnadır, təbarək şə’ninə münzəl,Bu vəchi əhsəni-surət bilənlər əhli-irfandır.
Xətin ümmül-kitabıdır bəyanı əhli-tövhidin,Hürufu lövhi-məhfuzun müsəvvər şərhi-Fürqandır.
Rüxün gülzarına qarşı qızardı məğribin rəngi,Tüluyi məşriqin rəngi nəsimi-ənbərəfşandır.
Hədisi gövhərəfşanın həqiqətdir nəhayətsiz,Üqulu əhli-irfanın onun hərfində heyrandır.
Nəsimi çün səni gördü münəzzeh oldu aləmdən,Gözündə surəti-rəhman, dilində zikri-sübhandır.