Bərgi-nəsrin üzrə mişkin zülfünü dam eyləmə,Aşiqi-aşüftəyi bisəbrü aram eyləmə!
Şol moğolçin nərgisinlə çünki qapdın könlümü,Bağrımı cövrinlə pürxun, ey dilaram, eyləmə!
Kimsə çün yarın vüsalın bulmadı tamat ilə,Əbsəm, ey xəlvətnişin, əndişeyi-xam eyləmə!
Və’də qılmış həq bizə çün səlsəbilü hurü eyn,Qoyma əldən şahidi, tərki-meyü cam eyləmə!
Aşiqi-sadiq duzağın quşu, ey zahid, degil,Danə düzmə təsbihi, səccadəyi dam eyləmə!
Zülfü rüxsaridir anın zikrimiz hər sübhü şam,Zikrsiz hərgiz, ilahi, sübhümüz şam eyləmə!
Çün Nəsiminin muradı sənsən, ey arami-can,Xəlq içində anı düşmənkamü bədnam eyləmə!