Zülfün girehləri, sənəma, həlqə-həlqə tab,Hüsnün qatında zərrəcə yox nırxi-afitab.
Dərgahınızda qoyma rəqibi-münafiqi,Zira ki, Kə’bənin hərəmi istəməz kilab.
Abi-rəvanü səbzəvü məhbubi-məhliqaBusi-kənarü yari-qəzəlxan ilə kitab.
Xoşdur, əgərçi cümləsi bir yerdə cəm ola,Avazi-çəngü nəğməvü tənbur ilən rübab.
Saqi, gətir bu məclis içində qədəh yürüt,Sığmaz hədisü tövbəvü təqva, gətir şərab.
Nari-qəmində bağrımı büryan bişirmişəm,Bildim yəqin ki, nərgisi-məstin dilər kəbab.
Bülbül kimi Nəsimi dilər ki, fəğan edə,Gül söhbətinə yaramiyə naleyi-ğürab.